CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyəcan siqnalı: Paytaxtdakı iri obyektlərdə qəza baş verərsə...

© Sputnik / Irade JELILBakıda AVM
Bakıda AVM - Sputnik Azərbaycan
Abunə olmaq
Abbasov qeyd etdi ki, bəzi müəssisələrdə təhlükəsizlik qaydalarına qismən riayət edilir. Amma bu, hələ vəziyyətin yaxşı olması demək deyil

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Keçən bazar günü Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzinin kinozalında baş verən yanğın zamanı 41-i uşaq olmaqla 64 nəfər dünyasını dəyişdi.

Hadisə barəsində müxtəlif versiyalar irəli sürüldü. Ticarət Mərkəzinin həyəcan siqnalının həmin günlərdə işləməməsi, kinozalının qapılarının bağlı olması isə hadisənin səhlənkarlıqdan, təhlükəsizlik qaydalarına riayət edilməməsindən baş verdiyini sübut elədi.

© Sputnik / Irade JELILTəxliyyə planı
Təxliyyə planı - Sputnik Azərbaycan
Təxliyyə planı

Maraqlıdır, görəsən Azərbaycanda bu məsələ ilə bağlı vəziyyət necədir? Ölkəmizdəki ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri hansı səviyyədə təşkil olunub? Həmin məkanlara üz tutan vətəndaşlar təhlükəsizlik qaydalarından xəbərdardırlarmı? Hər hansı fövqəladə hadisə baş verdiyi zaman necə davranacaqlarını bilirlərmi?

Sputnik Azərbaycan-ın əməkdaşı Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan Milli Elmlər Akademiyası ətrafında şəhər sakinləri arasında elə bu suallar ətrafında sorğu keçirdi.

Bakı sakini Qurban Abbasov bildirdi ki, ticarət mərkəzlərində, ictimai yerlərdə təhlükəsizliyə tam arxayın olmaq mümkün deyil: "Bilirsiniz, təyyarədə göstərirlər ki, təhlükə vəziyyətində nə etmək lazımdır. Böyük marketlərdə, ictimai-iaşə obyektlərində belə məlumatlar verilməlidir. Əhali maarifləndirilməlidir. Amma təəssüf ki, bu yoxdur". 

Вице-губернатор Кемеровской области Сергей Цивилев - Sputnik Azərbaycan
RUSİYA
Yanğın bölgəsində aksiya keçirilir, məmur sakinlər qarşısında diz çökdü - VİDEO

Q.Abbasov qeyd edir ki, bəzi müəssisələrdə təhlükəsizlik qaydalarına qismən riayət edilir. Amma bu, hələ vəziyyətin yaxşı olması demək deyil.

Nə qədər qəribə olsa da, sorğuda iştirak edən gənclərin cavablarından aydın oldu ki, onlar fövqəladə hallarda, təhlükə anında nə etməli olduqlarını bilmirlər. Hətta bəziləri yanğın və ya hər hansı fövqəladə vəziyyət zamanı xilas yolunu eyvandan tullanmaqda görür.

"Mən təhlükə anında nə edəcəyimi bilmirəm. Ya balkondan ataram özümü, ya da çarəsiz vəziyyətdə dayanıb gözləyərəm", — deyən tələbə Günay Həsənova bildirir ki, o, hansısa ticarət mərkəzinə gedərkən bu ehtimalı düşünmür.

Tələbə Ağa Bayramova isə hesab edir ki, ticarət mərkəzlərində fövqəladə hallar üçün xüsusi şərait yaradılmalıdır: "Belə halla qarşılaşaramsa, yəqin ki, ticarət mərkəzlərində yanğın otaqları olur — boş otaqlar, ora gedərəm. Bilirəm ki, yanğın baş verən zaman pilləkənlərlə düşmək lazımdır. Ən sonda isə bütün mərkəzlərdə şüşələri qırıb keçmək üçün çəkic olur, şüşələri qırıb çıxmağa çalışaram".

Tələbənin qənaətincə, ölkədə bütün mərkəzlərdə təhlükəsizlik qaydalarına riayət edilir: "Düşünmürəm ki, bizim ölkədə belə bir hadisə baş verə bilər. Çünki bizdə polis, mühafizə çox diqqətlidir. Mən oyunlara gedəndə görürəm ki, stadionda təhlükəsizliyə necə riayət edilir. İnanmıram ki, bizim ölkədə belə hadisə olsun. Olsa belə, çalışaram ki, özümü qoruyum".

© Sputnik / Irade JELILYanğın çıxışı
Yanğın çıxışı - Sputnik Azərbaycan
Yanğın çıxışı

Tələbə Mehdixan Quluzadə isə ticarət mərkəzlərində insanların üzərinin yoxlanılmamasından narahatdır: "Bizim ticarət mərkəzlərinə daxil olanda telefon və çanta yoxlanılır, insanların üzəri isə axtarılmır. Azərbaycanı sevməyən, terroru dəstəkləyən bir insan üzərində nə isə keçirib terror aktı reallaşdıra bilər. Özünüz də görürsünüz ki, son zamanlar ölkəmizə əcnəbilər gəlir. Və hər an, hər şey ola bilər".

M.Quluzadə deyir ki, hər hansı fövqəladə hal zamanı əvvəlcə özünü düşünər, oradan çıxış yolunu axtarar: "Yəqin ki, Mollarda təhlükəsizlik qaydalarına riayət edilirsə, orada həyəcan siqnalı sistemləri işə düşər. Bizi xilas edərlər. Olmasa da, yəqin ki, ölkədə matəm elan edilər".

Şəhər sakinləri arasında sorğudan sonra ticarət mərkəzlərindəki vəziyyəti öyrəndik. 

Kemerovoda yanğın - Sputnik Azərbaycan
RUSİYA
Dəhşətli yanğında ölənlərlə bağlı ortaya yeni iddia atıldı

"Park Bulvar" ticarət mərkəzinin İnzibati işlər üzrə rəisi Anar Niftəliyevin sözlərinə görə, 4 mərtəbəli mərkəzin hər mərtəbəsində 5 yanğın çıxışı var.

Bununla yanaşı, yanğın və ya hər hansı fövqəladə hadisə zamanı xüsusi mühafizə işçiləri var ki, onlar vətəndaşlara yardım edirlər. Həmin işçilərə də mütəmadi olaraq treninqlər keçirilir, yanğın, fövqəladə hallar zamanı davranış qaydaları öyrədilir.

"Təhlükə anlarında bizim həyəcan siqnalı vermək imkanımız var. Ancaq həyəcan anonsu verilənə qədər insanları buradan çıxarırıq. Yanğın detektorları saniyə ərzində reaksiya göstərir", — A.Niftəliyev əlavə edib.

"Gənclik Moll"da da təhlükəsizlik qaydalarına əməl edilir. Binanın 12 yanğın çıxışı var. Hər hansı bir fövqəladə hal baş verdikdə binada olanların evakuasiya edilməsi üçün hər bir şərait mövcuddur.

Ticarət mərkəzlərində vətəndaşlarla söhbət zamanı məlum oldu ki, onlar Azərbaycanda belə hadisənin baş verəcəyinə ehtimal etmirlər. Belə hadisə baş verəcəyi təqdirdə isə, ticarət mərkəzi əməkdaşlarının onları xilas edə biləcəyinə inanırlar.

Xəbər lenti
0