09:26 26 Aprel 2018
Canlı yayım
Bakı şəhər Prokurorluğu

Bakıda yaşanan dəhşətli olayla bağlı cinayət işi açıldı

© Foto: APA
CƏMİYYƏT
Qısa URL
203 0 0

Prokurorluq və polis süpürgəçinin avtomobillə vurularaq öldürülməsi barədə birgə məlumat yayıb

BAKI, 29 mart — Sputnik. Martın 27-də saat 18 radələrində 1982-ci il təvəllüdlü Musayev Zaur Komissar oğlu etibarnamə olmadan idarə etdiyi 60-ZA-135 dövlət qeydiyyat nişanlı qoşqusu olan “Kamaz” markalı, 60-BX-765 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olarkən qoşqunun arxa dəmir qapısı açılaraq yolun sağ tərəfində təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilə İsmayıl qızına dəyib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin birgə məlumatında deyilir.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

Deputat rüşvət üstündə həbs edildi
Tanınmış aktyor qardaşları ilə birlikdə həbs olundu
DTX-nın orqan alverinə görə həbs etdiyi şəxs görün kimdir
Səudiyyə kralına şok: Qızını həbs edirlər

Əsas mövzular