21:58 22 Aprel 2018
Canlı yayım
Namaz vaxtı

Möminlərə şad xəbər

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
172 0 0

Mübariz Qurbanlı: "Yaxın günlərdə məscidin açılışı üçün vaxt müəyyənləşdiriləcək"

BAKI, 29 mart — Sputnik. "Artıq "Hacı Cavad" məscidinin tikintisi başa çatıb. Yaxın günlərdə məscidin açılışı üçün vaxt müəyyənləşdiriləcək".

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il" adlı konfransda, DQİDK sədri Mübariz Qurbanlı belə açıqlama verib.

Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il adlı konfrans
© Sputnik / Irade CELIL

Xatırladaq ki, "Hacı Cavad" məscidi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında tikilib.

Onu da qeyd edək ki, bugünkü tədbirdə DQİDK sədri Mübariz Qurbanlı, AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlı, millət vəkili Elman Nəsirov, DQİDK və AMEA-nın məsul şəxsləri, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Megdiyevin müvafiq sırəncamı ilə təsdiq edilmiş "1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair" tədbirlər planına uyğun olaraq keçirilib.

Əlaqədar

Almaniyada türk məscidi yandırıldı
Bakının ən məşhur məscidini tikən baş memarı
Məsciddə namaz vaxtı partlayış törədilib, 11 nəfər ölüb
Allahşükür Paşazadə: "Eşitsəm ki, hansısa məsciddə sünni-şiə qarşıdurması var..."
Teqlər:
"Hacı Cavad" məscidi, DQİDK, AMEA, Mübariz Qurbanlı

Əsas mövzular