13:17 18 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Məktəbli qız, arxiv şəkli

Bakıda məktəbli qızın oğurlanması növbəti problemi gündəmə gətirib

© Sputnik / Aleksey Malgavko
CƏMİYYƏT
Qısa URL
486 0 0

Şəhər sakini həddi-buluğa çatmayan qızınını oğurlanması barədə polisə şikayət edib

BAKI, 27 mart — Sputnik. Növbəti adam oğurluğu faktı Bakının Qaradağ rayonunda qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Qaradağ rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumdur ki, martın 26-da Müşfiqabad qəsəbəsində 16 yaşlı məktəbli İlahə Ağayeva oğurlanıb. Bu barədə sözügedən rayonun 10-cu polis bölməsinə qızın atası məlumat verib. Kişi bildirib ki, onun həddi-buluğa çatmayan qızını evlənmək məqsədilə Nicat adlı cavan oğlan qaçırıb. Hələlik faktla bağlı heç kəs saxlanılmayıb. Polis cavanların olduğu yeri müəyyən etməyə çalışır. Ehtimal var ki, qızın özü yaşının çatmamasına baxmayaraq, evlənməyə razılıq verib.

Bununla yanaşı, Azərbaycanda erkən nikahlar problemi aktual olaraq qalır, baxmayaraq ki, ölkə qanunvericiliyində azyaşlı qızlarla nikaha girməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Lakin azyaşlı qızın evlənmək məqsədilə oğurlanması ağır cinayət — adam oğurluğu kimi təsnifləşdirilir və buna görə həbs cəzası nəzərdə tutulur. 

Sputnik Azərbaycan-a verdiyi açıqlamada "Təmiz dünya" İctimai Biliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, təşkilatın sığınacağına daim məişət zorakılığının və traffikinqin qurbanı olan qadınlar müraciət edir.

"Söhbət zamanı məlum olur ki, bu qadınların bir hissəsi həddi-buluğa çatmamış ərə gediblər. Misal üçün, bizə müraciət edənlərin 30%-i erkən yaşlarda ərə gedib. Erkən nikahlar ona görə təhlükəlidir ki, həddi-buluğa çatmayan qızlar ərə getməyə qərar verəndə elə bilirlər xoşbəxt olacaqlar. Sonra çoxsaylı problemlərlə qarşılaşırlar və başa düşürlər ki, normal ailə belə olmamalıdır" — deyə Zeynalova bildirib.

O, hesab edir ki, erkən nikahlarla ən effektiv mübarizə cəzalardır. Onun sözlərinə görə, cinayət qanunvericiliyinə edilən son dəyişikliklərdən sonra, adamlar bu məsələdə daha ehtiyatlı olmağa başlayıblar. 

"Xüsusilə də oğlanın valideynləri öz oğullarına azyaşlı gəlin seçəndə ehtiyatlı davranmağa məcbur olurlar. Onlar mənimlə məsləhətləşirlər və mən onları real vəziyyətlə tanış edirəm. Bu söhbətlərdən sonra valideynlər gözləməyə və risk etməməyə qərar verirlər" — deyə hüquq müdafiəçisi bildirib.

Zeynalova həmçinin qeyd edib ki, cəmiyyətdəki stereotiplər bəzən hüquq-mühafizə orqanlarına qızların oğurlanması, qaçırılması faktları ilə bağlı müvafiq tədbir görməyə mane olur. Tərəflər çox vaxt onlardan bir-birini sevən iki gəncin qovuşmasına mane olmamağı rica edirlər. Lakin tədricən bu stereotiplər yoxa çıxacaq.

Əlaqədar

Tanınmış aktyor qardaşları ilə birlikdə həbs olundu
Dünyaya gətirdiyi uşaqları soyuducuda saxlayan qadın həbs edilib
Səudiyyə kralına şok: Qızını həbs edirlər
DTX-nın orqan alverinə görə həbs etdiyi şəxs görün kimdir
Baş nazirdən polisə sərt ittiham: "İnsanları günahsız yerə həbs edirlər"

Əsas mövzular