CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava xəbərdarlığı gəldi

© Sputnik / Maks Vetrov / Mediabanka keçidKülək, arxiv şəkli
Külək, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ETSN xəbərdarlıq edir ki, martın 27-si gündüz, 28-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir

BAKI, 26 mart — Sputnik. Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal küləyi  gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz  13-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 15-17° isti  təşkil edəcək.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz  ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.

Havanın temperaturu gecə  5-10° isti, gündüz  18-23° isti, dağlarda gecə  1-6° isti,  gündüz  13-18° isti təşkil edəcək.

Martın 27-si gündüz, 28-də qərb küləyinin  ayrı-ayrı yerlərdə arabir  güclənəcəyi  gözlənilir.

ETSN xəbərdarlıq edir ki, martın 27-si gündüz, 28-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Xəbər lenti
0