CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcra başçısının maşınının üstünə ağac düşdü - FOTO

© Photo : APAMasallı rayon İH başçısının xidməti avtomobilinin zədələnmiş ön şüşəsi
Masallı rayon İH başçısının xidməti avtomobilinin zədələnmiş ön şüşəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Ağacın "BMW" markalı avtomobilin üzərinə aşması nəticəsində avtomobilin ön şüşəsi sınıb, digər avadanlıqları da zərər görüb

BAKI, 25 mart — Sputnik. Masallıda güclü külək fərdi evlər, yaşayış binaları və sosial obyektlərlə yanaşı, avtomobillərə də zərər yetirib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun xidməti avtomobilinin üzərinə də ağac aşıb.

© Photo : APAMasallı rayon İH başçısının xidməti avtomobili
Masallı rayon İH başçısının xidməti avtomobili - Sputnik Azərbaycan
Masallı rayon İH başçısının xidməti avtomobili

Ağacın "BMW" markalı avtomobilin üzərinə aşması nəticəsində avtomobilin ön şüşəsi sınıb, digər avadanlıqları da zərər görüb.

Mirvari kafesi - Sputnik Azərbaycan
Bakının əfsanəsinin üstünə ağac aşdı

Qeyd edək ki, ötən gün axşam saatlarından başlayan güclü külək Lerik, Lənkəran və Masallı rayonlarında fəsadlar törədib. Külək Lerikdə əsasən elektrik təsərrüfatına ziyan vurub, işıq dirəkləri və naqillər qırılıb. Bundan başqa, bir neçə fərdi yaşayış evinin dam örtüyünə də ziyan dəyib.

Lənkəranda da külək fəsadsız ötüşməyib, əsasən fərdi evlərin dam örtüyünə ziyan dəyib. Rayonun Biləsər kəndində külək bir neçə evin damını uçurub. Analoji vəziyyət Masallı rayonunda da yaşanıb. Külək Masallı rayonunda ağacları aşırıb, fərdi evlərin, yaşayış binalarının və sosial obyektlərin dam örtüklərini uçurub.

© Photo : APACənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar - Sputnik Azərbaycan
1/4
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar
© Photo : APACənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar - Sputnik Azərbaycan
2/4
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar
© Photo : APACənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar - Sputnik Azərbaycan
3/4
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar
© Photo : APACənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar - Sputnik Azərbaycan
4/4
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar
1/4
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar
2/4
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar
3/4
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar
4/4
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar

Güclü külək Cəlilabad rayonunun Ləkin, Buravar, Şatırlı, Əsədli, Badamağacı kəndlərində də fəsadlar törədib. Nəticədə elektrik dirəkləri aşıb, naqillər qırılıb və elektrik enerjisinin ötürülməsində fasilə yaranıb. Bundan başqa, külək evlərin dam örtüklərini də uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəbər lenti
0