CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Restoranda iki dostun davası ölümlə bitdi

© Sputnik / Murad OrujovМужчина с ножом, фото из архива
Мужчина с ножом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Emil Həsənov restoranın mətbəxindən götürdüyü bıçaqla Orxan Mamedovun bud nahiyəsinə xəsarət yetirib

BAKI, 25 mart — Sputnik. Mingəçevir şəhərindəki restoranlardan birində gənclər arasında baş verən dava qanla nəticələnib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Mingəçevir sakini, 1998-ci il təvəllüdlü Həsənov Emil Çingiz oğlu dostu 1996-cı il təvəllüdlü Mamedov Orxan Salman oğlu ilə "Qədiroğlu" restoranında yeyib-içən zaman aralarında şəxsi münasibətlər zəminində dava baş verib. Emil Həsənov restoranın mətbəxindən götürdüyü bıçaqla Orxan Mamedovun bud nahiyəsinə xəsarət yetirib.

Orxan Mamedovun şah damarı kəsildiyi üçün çoxlu qan itirib və təcili tibbi yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub.

Orxan Mamedov sonradan vəziyyəti ağırlaşdığı üçün Gəncə Beynəlxalq Xəstəxanasına aparılıb və orada dünyasını dəyişib. İki dost arasında baş verən dava zamanı onları sakitləşdirməyə çalışan restoranın ofisiantı, 2000-ci il təvəllüdlü Seymur Zeynalovun da xəsarət aldığı bildirilir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0