07:48 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Telefon

Azərbaycanda inanılmaz "porno" fırıldağı

© AP Photo / Emilio Morenatti
CƏMİYYƏT
Qısa URL
7069150

Sayta girənlərdən bloku ləğv etmək üçün 120 manat tələb edilir

BAKI, 25 mart — Sputnik. Azərbaycanda smartfon istifadəçiləri bəzi saytlara daxil olarkən fırıldaqçılıqla qarşılaşırlar. Belə ki, istifadəçilərə Daxili İşlər Nazirliyi adından xəbərdarlıq gəlir.

Sputnik Azərbaycan oxu.az-a istinadən xəbər verir ki, guya DİN-nin adından gələn xəbərdarlıqda bildirilir ki, istifadəçinin xətti pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün blok olunur.

Qeyd edilir ki, bloku ləğv etmək üçün istifadəçi göstərilən nömrəyə 120 manat cərimə ödəməlidir.

"Cərimə ödənildikdən sonra blok avtomatik açılacaq. Cərimənin ödənilməsindən imtina etdiyiniz və ya cəriməni ödəmədən bloklanmanı açmağa cəhd etdiyiniz halda, həbs olunmağınız üçün yaşayış yerinizə dərhal istintaq əməliyyat qrupu göndəriləcək", — deyə xəbərdarlıqda bildirilir.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi pornoqrafik materialların yer aldığı saytlara girişi qadağan etmir, sadəcə azyaşlıların pornoqrafik görüntülərinin çəkilməsi, yayılması, izlənilməsi cinayət məsuliyyətinə səbəb olur.

Teqlər:
fırıldaq, sayt, porno, pul

Əsas mövzular