CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazar günü gözlənilən hava proqnozu açıqlanıb

© Sputnik / Murad OrujovПриморский бульвар в Баку
Приморский бульвар в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir

BAKI, 24 mart — Sputnik. Martın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 9-11, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 750 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0