08:26 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
241 0 0

Şabran rayonunda adamlar ilaxır çərşənbədə qəbirlərin üzərində şam yandırırlar

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 21 mart — Sputnik. "Ziyarət" sözü dilimizdə bir neçə anlamda işlədilir. Bu söz əksər hallarda müqəddəs şəxslərin məzarı üzərində tikilmiş məqbərələrə və ya pirlərə səfər edib, həmin yerlərə öz ehtiram və sayğısını ifadə etmək üçün bəzi əməlləri yerinə yetirmək mənasında qəbul edilir. Bununla yanaşı, müqəddəs sayılmayan adi insanların – müsəlman ölülərin qəbri üstə getmək, öz yaxın qohumlarının, valideynlərin məzarı ilə görüşmək də ziyarət anlamını ifadə edir.

Vəfat etmiş şəxslərin məzarını ziyarət etmək müsəlman ənənəsində özünə möhkəm yer qazanmış əməllərdən biridir. Xalqımızın milli adətinə görə, ən azı bayramlarda, əlamətdar günlərdə qəbiristanlığa gedir, oradakı ölülərin ruhunu yad edir, rəhmət oxuyurlar. 

Novruz süfrəsi üçün şor qoğal
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Azərbaycanda hər il bayram günlərində adamlar ölülərini ziyarət etməyə qəbiristanlığa gedirlər. Bunu əksər bölgələrimizdə əsasən sübh tezdən, ya da günorta saatlarına qədər edərlər.

Şabran rayonunda isə bu adət bir qədər başqa cür icra edilir. Rayon əhalisi bayramlarda vəfat etmiş  yaxınlarının məzarını ziyarət etmək üçün məzarlığa  axşam saatlarında gedir. Bu hala daha çox rayonun Əmirxanlı kəndində rast gəlmək mümkündür.

Şabran rayon sakini Elminaz Əliyeva Sputnik Azərbaycan-a bu adətdən danışıb:

“Bu rayonda, əsasən də Əmirxanlı kəndində bayram günləri, əsasən də ilaxır çərşənbədə qəbir üstə axşam saatlarında gedilir. Axşam saat 17:00-dan sonra camaat qəbiristanlığa axışır, ölülərin qəbri üzərində şam yandırırlar”.

Əliyevanın sözlərinə görə, onlar bu yolla ölülərin yoluna işıq salmış olduqlarına inanırlar. 

“Bəzilərinə bu ritual vahiməli görünsə də, biz heç nədən qorxmuruq. Adam əzizlərindən qorxmaz ki…” – deyə rayon sakini bildirib. 

Odur ki, bəzi bayramlarda, xüsusilə də ilaxır çərşənbədə qəbiristanlıqda əllərində şam olan toplum görsəniz, təəccüblənməyin.


Əlaqədar

“Azdrama” Novruz bayramı günlərində uşaqları sevindirəcək
Kədərli Novruz: Şamaxılı gənc bayram səbəbilə özünü asıb?
Novruz süfrəsi üçün şorqoğalı
Bu il Novruz süfrəsi azərbaycanlılara neçəyə başa gəlir
Kənan Quluzadə: “Bu il Novruz festivalında daha çox turist iştirak edəcək”

Əsas mövzular