CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Su çərşənbəsi kimi qeyd olunan Torpaq çərşənbəsi

© Sputnik / Rahim MuradovLənkəranda İlaxır çərşənbəsi
Lənkəranda İlaxır çərşənbəsi - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Lənkəranda Torpaq çərşənbəsi elə özünəməxsus şəkildə qeyd olunur ki, ilk baxışdan onun Su çərşənbəsi olduğunu düşünürsən.
Lənkəranlılar Novruz adət-ənənələrini özünəməxsus şəkildə qeyd edir.
Sputnik Azərbaycan-ın Cənub bürosunun bildirdiyinə əsasən, Lənkəranda İlaxır çərşənbələrdən ən sonuncusu olan Torpaq çərşənbəsi axşamı bütün həyətlərdə tonqallar qalanır və böyükdən kiçiyə hamı onun üzərindən tullanır.
Ertəsi gün, yəni çərşənbə günü səhər sübhdən hamı “Su üstünə” gedər. Lənkəran şəhəri əhalisinin çoxu Lənkərançayın Sütəmurdov kəndi ərazisindən keçən hissəsinə gedirlər. Çaya gedənlər özləri ilə saxsıdan hazırlanmış bardaq və lülənglər götürərək çaydan su götürüb əl-üzlərini yuyar, biri-birilərinin bayramlarını təbrik edərlər. Qızlar saçlarından kəsib suya ataraq Allahdan saçlarının çay kimi gur və gözəl olmasını diləyərlər.
Lənkəranlılar bu adəti müxtəlif cür izah edir. Susuz yaşamağın mümkünsüzlüyünü və suyun həyat mənbəyi olduğunu deyən sakinlər adəti üzrə çay suyunu bardaqlara dolduraraq evlərinə aparırlar. Həmin sudan evin böyü evin künclərinə, ailə üzvlərinin üstünə səpəndən sonra niyyət edərək xeyir-dualar verilir.
Bildirək ki, bu ənənə gün boyu davam edir.
Xəbər lenti
0