CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qurum valideyn himayəsindən məhrum uşaqları sevindirdi

© Sputnik / Irade JELILBakı sərnişin stansiyasında uşaqlar üçün təşkil olunmuş Novruz şənliyi
Bakı sərnişin stansiyasında uşaqlar üçün təşkil olunmuş Novruz şənliyi - Sputnik Azərbaycan
Abunə olmaq
20-27 mart 2018-ci il tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təşkilatlarında fasiləsiz iş rejimi təşkil edilib

BAKI, 18 mart — Sputnik. Bu gün Bakı sərnişin stansiyasında Novruz şənliyi keçirilib. 

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Bakı sərnişin stansiyasında sərnişinlərin və dəvət olunmuş valideyn himayəsindən məhrum olan, daun sindromlu, leykemiya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün Novruz şənliyi təşkil olunub. 

© Sputnik / Irade JELILBakı sərnişin stansiyasında uşaqlar üçün təşkil olunmuş Novruz şənliyi
Bakı sərnişin stansiyasında uşaqlar üçün təşkil olunmuş Novruz şənliyi - Sputnik Azərbaycan
Bakı sərnişin stansiyasında uşaqlar üçün təşkil olunmuş Novruz şənliyi

Şənliyin iştirakçıları sərnişinlərə və valideyn himayəsindən məhrum olan uşaqlara maraqlı səhnəciklər, musiqilər təqdim ediblər. Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərə əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.

© Sputnik / Irade JELILBakı sərnişin stansiyasında uşaqlar üçün təşkil olunmuş Novruz şənliyi
Bakı sərnişin stansiyasında uşaqlar üçün təşkil olunmuş Novruz şənliyi - Sputnik Azərbaycan
Bakı sərnişin stansiyasında uşaqlar üçün təşkil olunmuş Novruz şənliyi

Qeyd edək ki, bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə etdikləri üçün Novruz Bayramı günlərində — 20-27 mart 2018-ci il tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təşkilatlarında fasiləsiz iş rejimi təşkil edilib.

Xəbər lenti
0