03:19 16 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9817
Milli Məclisin iclası

Pensiya təminatı sistemində dəyişiklik: Yaş həddi artırıldı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
786226

Fövqəladə hallar orqanları əməkdaşlarının pensiya təminatı maddəsinə dəyişiklik edilib

BAKI, 14 mart — Sputnik. "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunun 23-24-cü maddələrinə dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliklər, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli qanununun tətbiqi ilə əlaqədardır.

23-cü maddə "Fövqəladə hallar orqanları əməkdaşlarının sosial müdafiəsi" adlanır. Dəyişikliyə görə, 23.12-ci maddədə "25 il xidmət keçmiş əməkdaşlar" sözləri "35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)" sözləri ilə əvəz edilib.

Mövcud mətndə deyilir ki, 23.12. Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il xidmət keçmiş əməkdaşlar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər.

Təklif olunan mətndə isə deyilir ki, 23.12. Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər.

Digər dəyişikliklə qanunun 24.2-ci maddəsində "25" rəqəmləri "35" rəqəmləri ilə əvəz edilib. 24-cü maddə Fövqəladə hallar orqanları əməkdaşlarının pensiya təminatı adlanır.

Mövcud mətndə deyilir ki, 24.2. Fövqəladə hallar orqanlarında 25 il xidmət keçmiş və həmin orqanlarda xidmətini davam etdirən əməkdaşlara aylıq pul təminatı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir.

Təklif olunan mətndə isə deyilir ki, 24.2. Fövqəladə hallar orqanlarında 35 il xidmət keçmiş və həmin orqanlarda xidmətini davam etdirən əməkdaşlara aylıq pul təminatı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir.

Qanun layihəsində deyilir ki, 2017-ci il 10 mart tarixdə 543-VQD nömrəli qanunla "Əmək pensiyaları haqqında" qanunda dəyişikliklər edilib. "Əmək pensiyaları haqqında" qanunun 9.7-2-ci maddəsinə müvafiq olaraq fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüquq var. 2017-ci il 10 mart tarixli dəyişikliklə bu orqanlarda çalışan əməkdaşların yaş həddi 25-dən 35-ə qaldırılıb.

"Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunun 23.12-ci maddəsinə müvafiq olaraq yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il xidmət keçmiş əməkdaşlar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər.

Həmin qanunun 24.2-ci maddəsinə müvafiq olaraq fövqəladə hallar orqanlarında 25 il xidmət keçmiş və həmin orqanlarda xidmətini davam etdirən əməkdaşlara aylıq pul təminatı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir.

"Əmək pensiyaları haqqında" qanun Azərbaycanda vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən etdiyindən dəyişikliyin məqsədi 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli qanunun tətbiqi ilə əlaqədar "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunun təkmilləşdirilməsindən ibarətdir.

Dəyişikliklər Milli Məclisin martın 6-da keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Əlaqədar

Pensiyaçıların gözlədiyi şad xəbər
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
Təqaüdçülərə pensiyalarla bağlı müjdə
Pensiyaların neçə faiz artdığı açıqlanıb
Prezident pensiyalarla bağlı sərəncam verdi
Teqlər:
fövqəladə hallar orqanları, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu, dəyişiklik, maddə

Əsas mövzular