CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda metroda sərnişin öldü

© Sputnik / Murad OrujovНовая ветка Бакинского метрополитена
Новая ветка Бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə bu gün metronun “28 may” stansiyasında baş verib

BAKI, 15 mart — Sputnik. Bakı metrosunda ölüm faktı qeydə alınıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, faktı “Report”a təsdiqləyən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, hadisə bu gün metronun “28 may” stansiyasında baş verib.

Onun sözlərinə görə, hadisə saat 15:35 radələrində qeydə alınıb: “Belə ki, 1953-cü il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Vasif Şamil oğlu 28 may stansiyasına çatanda özünü pis hiss edib və qatardan düşüb. Dərhal ilkin müdaxilə edilib, təcili tibbi yardım çağrılıb. Lakin həkimlər gələnə kimi həmin şəxs keçinib. İlkin ehtimala görə, onun ürək tutmasından vəfat etdiyi güman edilir”.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0