03:28 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Babək prospekti 87 ünvanında yerləşən 1 saylı yataqxana

Bakıda qəribə köç: İcra hakimiyyəti 27 ailəni necə "yoxa çıxardı"?

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
577 0 0

Binada məskunlaşmış 27 ailəyə nə ev, nə də pul verilir

İradə Cəlil, Spurnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Bir müddət əvvəl paytaxtın Babək prospekti 87 ünvanında yerləşən 1 saylı yataqxananın sakinlərinin vəziyyəti haqqında yazı hazırlamışdıq. Yataqxanada 112 məcburi köçkün və qaçqın, şəhid ailəsinin yaşadığını qeyd etmişdik.

Sakinlərin dediyinə görə, 2 dəfə – 2014 və 2016-cı illərdə bina qəzalı elan edilib. 2017-ci ildə isə, Fövqəladə Hallar Nazirliyi Dövlət Tikintiyə Nəzarət Agentliyi tərəfindən binaya bərpa-gücləndirilmə aktı yazılıb.

Yataqxana binası
© Sputnik / Irade JELIL
Yataqxana binası 2 dəfə — 2014 və 2016-cı illərdə FHN tərəfindən qəzalı elan edilib

Artıq 10 günə yaxındır ki, həmin ünvandakı sakinlər köçürülür və onlara kompensasiya ödənilir. Sputnik Azərbaycan-ın əməkdaşı bu gün qeyd olunan ünvanda olub, sakinlərlə görüşüb. Sakinlər bildiriblər ki, bina qəzalı vəziyyətdə olduğuna görə, onun sökülməsinə qərar verilib və oradan köçürülən ailələrə kompensasiya ödənilib.

Bununla yanaşı, yataqxanada məskunlaşmış 112 ailədən 27-nə kompensasiya verilməyib. Nədənsə, Nizami Rayon İcra Hakimiyyətində (RİH) hesab edirlər ki, həmin ailələr heç vaxt burada yaşamayıb.

Yataqxana sakini
© Sputnik / Irade JELIL
Yataqxana sakini

Bina sakini Ərkinaz Ağayeva deyir ki, yataqxanada 112 otaq var və onlardan 54-ü qaçqın ailələrinə aiddir: "Qalanı "kupça"lı otaqlardır. Bəli, burada özünə əlavə otaqlar düzəldənlər də var. Onların hamısına pul verilib, çıxarılıb. Amma 54 məcbur köçkün ailəsindən 27-nə kompensasiya verilir, digər 27 ailəyə isə nə ev, nə də pul verilir. Halbuki, onların otaqları nömrəlidir".

"Bunu Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri də yoxlayıblar. Gəliblər, qeydiyyat aparıblar, guya araşdırıblar ki, kim burada yaşayır, kim yaşamır. Burada yaşayan insanları çıxarıb, çölə tökmək istəyirlər" — Ə.Ağayeva bildirir.

Fizuli rayon köçkünü Sona Sadıqova 1993-cü ildən bu binada yaşadığını diqqətə çatdırır: "Amma bu gün Nizami Rayon İcra Hakimiyyətindən mənə dedilər ki, "sən bu binada yaşamamısan". Necə olur, illərlə MİS mənə arayış verib, ünvanım bura olub. 5 nömrəli otaqda yaşamışam. İndi deyirlər ki, "yox, sən bu binanın sakini deyilsən".

Yataqxana sakinləri
© Sputnik / Irade JELIL
Yataqxana sakinləri

Sakinlərin binadan çıxarılması prosesində Nizami RİH-in adını çəkməyən bir əməkdaşı da vardı. Məsələ ilə bağlı onun fikirlərini öyrənmək istəsək də, heç bir açıqlama vermədi. Bundan əlavə, Nizami RİH-in İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. İstənilən halda, qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.

Əlaqədar

Yataqxana yandı, sakinlər təxliyyə olundu
İsrafilov: “Yataqxana tələbə üçün universitet qədər vacibdir”
Məcburi köçkünlərin yataqxanasında şiddətli yanğın hələ söndürülməyib
Yataqxanadakı yanğından ziyan görənlərin bir problemi həll olundu: rəsmi
Yanan yataqxananın sakinləri: qorxuruq...
Teqlər:
Nizami Rayon İcra Hakimiyyəti, RİH, ünvan, Babək prospekti, otaq, məcburi köçkün, sakin, ailə, şəhid, yataqxana, qaçqın

Əsas mövzular