01:14 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
82 0 0

DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti martın 20-dən 27-dək gücləndirilmiş iş rejimində işləyəcək

BAKI, 15 mart — Sputnik. Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Novruz bayramı günlərində əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə asayişi mühafizə tədbirlərinin və hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədi ilə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti martın 20-dən 27-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Bayram günlərində ictimai yerlərdə və küçələrdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə post patrul xidməti naryadlarının sayı artırılacaq, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanacaq.

Əlaqədar

Beyləqanda polislər arasında qanlı dava
Sərxoş qadına polislərdən maraqlı "8 mart hədiyyəsi"
Baş nazirdən polisə sərt ittiham: "İnsanları günahsız yerə həbs edirlər"
Teqlər:
Ramil Usubov, daxili işlər orqanları, Novruz bayramı, gücləndirilmiş iş rejimi

Əsas mövzular