23:44 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Bazar

Diqqət: Bazarlarda təhlükəli məhsullar dolaşır

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
364 0 0

Eyyub Hüseynov: "Apteklərə bu qədər tələbin artmasının bir səbəbi də bizim qidalanmamıza daxil olan məhsullarla bağlıdır"

BAKI, 14 mart — Sputnik. "Azad İstehlakçılar Birliyi davamlı olaraq qida məhsullarının monitorinqini aparır". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
© Sputnik / Murad Orujov
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

O bildirib ki, birliyin fəaliyyətdə olduğu 20 il ərzində minlərlə müraciət daxil olub: "Son vaxtlar edilən şikayətlərin biri bazarda olan qəndlərlə bağlı idi. Qəndlərin xüsusi ağardıcı ilə ağardılması ilə bağlı məlumatlar daxil olurdu. Laboratoriya şəraitində aparılan tədqiqatlar nəticəsində istifadə də olan qəndlərin zərərli maddələrlı ağardılması iddiası öz təsdiqini tapıb".

"Ümumiyyətlə qida sektorunda təhlükəsizliklə bağlı məsələlər insanların narahatlığına səbəb olur. Xüsusən də bayram vaxtları əhalinin artan tələbatı qarşısında yarmarka və bazarlara arzuolunmaz məhsullar yol tapır" — o bildirib.

"Digər düşündürücü məqam isə ölkədə apteklərin sayının sürətlə artmasıdır. Mənim qənaətimcə, apteklərə bu qədər tələbin artmasının bir səbəbi də bizim qidalanmamıza daxil olan məhsullarla bağlıdır" — E.Vüseynov əlavə edib.

Əlaqədar

"İqtisadi elitaların səhvləri ucbatından ümumi daxili məhsul iki dəfə azalıb"
İstifadə etdiyimiz bu zərərli məhsullar dəniz canlılarının ölümünə səbəb olur
Ölkəyə gətirilən qida məhsullarına Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək
Tütün məhsulları və alkoqollu içkilərin son qiymətləri
Teqlər:
bazar, məhsul, qida, Eyyub Hüseynov, Azad İstehlakçılar Birliyi

Əsas mövzular