18:39 10 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9424
Dini kitablar

Xaricdə dini təhsillə bağlı sərt qadağa: Cəzası ağır olacaq

CC0 / Didgeman / Bible
CƏMİYYƏT
Qısa URL
36601

Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi inzibati məsuliyyət yaradacaq

BAKI, 14 mart — Sputnik. İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsinə (Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən məcəllənin 516.0.1-ci maddəsinin dispozisiyası aşağıdakı redaksiyada verilib: "516.0.1 müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsinə, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə;".

Mövcud mətndə deyilir ki, 516.0. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına, yəni:

516.0.1. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsinə, din xadimlərinin mübadiləsinə;

516.0.2. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın (kağız və ya elektron daşıyıcılarda), audio və ya video materialların, mal və məmulatların, yaxud dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasına görə — inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar və materiallar müsadirə edilməklə, vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Təklif olunan mətndə isə deyilir ki, 516.0. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına, yəni:

516.0.1 müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsinə, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə;

516.0.2. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın (kağız və ya elektron daşıyıcılarda), audio və ya video materialların, mal və məmulatların, yaxud dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasına görə — inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar və materiallar müsadirə edilməklə, vətəndaşlar iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Qanun layihəsində bildirilir ki, "Dini etiqad azadlığı haqqında" qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 674-VQD nömrəli qanununa əsasən vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi öz səlahiyyətləri daxilində) ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilir. Qanunun həmin müddəasının pozulmasına görə inzibati məsuliyyətin nəzərdə tutulması təklif edilir.

Dəyişikliklər Milli Məclisin martın 6-da keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Əlaqədar

İlham Əliyevdən ölkədə dini fəaliyyətə yönəlik qərar
Bunu bilməliyik: İslam dini idmanda hansı şərtlər və qadağalar qoyur?
Azərbaycanda qadağa: Uşaqlar dini məclislərə buraxılmayacaq
Bakıda gizli fəaliyyət göstərən dini təbliğatçılarla bağlı müdhiş fakt
Teqlər:
xaricdə təhsil, "Dini etiqad azadlığı haqqında" qanun, təhsil müəssisələri, dəyişiklik, icra hakimiyyəti, vətəndaş, maddə, İnzibati Xətalar Məcəlləsi

Əsas mövzular