23:52 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Sənədin imzalanması

Prezident müharibə əlilləri və şəhid ailələrini sevindirdi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
322 0 0

Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 milyon ayırıb

BAKI, 13 mart — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Teqlər:
Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, Azərbaycan prezidenti İlham Əliyev, mənzil

Əsas mövzular