19:40 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9852
Bayram karvanı

Bakıda Novruz karvanı təşkil olunmayacaq

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
1125 0 0

“İlaxır çərşənbə” Novruz bayramı ilə üst-üstə düşdüyündən, ayrıca mərasim olmayacaq

BAKI, 13 mart — Sputnik. Bu il Bakıda Novruz bayramı karvanı təşkil olunmayacaq.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, paytaxtın bayram şənliyi proqramında dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük karvanın təşkil olunması nəzərdə tutulmayıb.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu il “İlaxır çərşənbə” Novruz bayramı ilə (martın 20-si) üst-üstə düşür. Ona görə də “İlaxır çərşənbə” ilə bağlı ayrıca mərasim olmayacaq.

Gəncədə Novruz bayramı
© Sputnik / İlham Mustafa

İcra Hakimiyyətindən qeyd edilib ki, bayramla bağlı rəsmi dövlət tədbiri keçiriləcək: “Karvanın təşkil olunub-olunmayacağına Mədəniyyət və Turizm Nazirliyi aydınlıq gətirə bilər”.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə deyib ki, indiyə qədər bayram karvanını Bakı Şəhər İcra Hakimiyyəti təşkil edib: “Nazirliyin öhdəsinə düşən bayram tədbirlərinin də siyahısı artıq məlumdur və ictimaiyyətə açıqlanıb. Tədbirlər planında Novruz bayramı karvanının təşkil olunması məsələsi nəzərdə tutulmayıb”.

Qeyd edək ki, hər il Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İlaxır çərşənbə”si günü metronun “İçərişəhər” stansiyası və İcra Hakimiyyəti binasının arasındakı sahədən — qala divarları önündən Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük bayram karvanı Suraxanı “Atəşgah”ına yola düşürdü. “Atəşgah”dan od götürən bayram karvanı Fəvvarələr meydanından Gənclər meydanına gələrək bayram tonqalını alovlandırır və Dədə Qorqudun Novruz xeyir-duası ilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil edilirdi.

Əlaqədar

Bakıda bayram karvanı
Bakıda bayram atmosferi: rəqslər və bayram karvanı
Teqlər:
İlaxır çərşənbə, "Karvan", Novruz bayramı

Əsas mövzular