23:54 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Yanmış Narkoloji Mərkəz

Baş Prokurorluqdan Narkoloji Mərkəzlə bağlı açıqlama

© Официальный сайт президента Азербайджана
CƏMİYYƏT
Qısa URL
468 0 0

Eldar Sultanov: "Məsələ ölkə başçısının nəzarəti altındadır və araşdırmaların qeyri-obyektiv aparılması iddialarına gəlincə, bu qeyri-mümkündür"

BAKI, 13 mart — Sputnik. Respublika Narkoloji Mərkəzində baş verən və 25 insanın həyatına son qoyan dəhşətli yanğınla bağlı məsələlər hələ də ictimaiyyətdə bir çox suallar yaradır. Sputnik Azərbaycan-ın redaksiyasına müraciət edən, yanğında ölən şəxslərin doğma və yaxınlarını daha çox bir sual maraqlandırır: Necə ola bilər ki, Narkoloji Mərkəzin məsul işçilərindən heç kəs bu səhlənkarlığa görə cəza almayacaq və bu dəhşətli cinayətə görə cəmi bir nəfər cəzalandırılacaq?

Lakin Azərbaycan Respublikasının Baş Prokurorluğu nəticə ilə bağlı tələsməməyi tövsiyə edir.

Qeyd edək ki, mart ayının 3-də istintaq-əməliyyat qrupunun üzvlərinin apardığı araşdırma zamanı baş vermiş cinayətlə bağlı təqsirləndirilən şəxs qismində sözügedən Narkoloji Mərkəzin pasienti Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyi ilə Baş Prokurorluğun yaydığı birgə məlumata görə, Məmmədov Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alırmış.

İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq intihar etmək qərarına gəldiyini bildirib. Çünki o, Narkoloji Mərkəzdə müalicə almaq istəmirmiş.

Onun sözlərinə görə, o, mart ayının 2-si saat 06:00 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırıb. Alov gücləndikdə fikrini dəyişib və özünü öldürmək niyyətindən daşınıb. Yanan yorğanı çarpayısının üstünə atıb. Alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk edərək küçəyə qaçıb.

Saxlanılan şəxsin dedikləri mərkəzdə quraşdırılmış müşahidə kameralarının görüntüləri, şahid ifadələri və hadisənin baş vermə mexanizminin ayırd edilməsi ilə təsdiqlənib.

Xətai rayonunun Zığ şossesində yerləşən Respublika Narkoloji Mərkəzində yanğın martın 2-də səhər saat 06:00 radələrində baş verib. Yanğın baş verən zaman həmin korpusda 55 nəfər olub. Onlardan 30 nəfər xilas edilib, 3 nəfər Toksikologiya Mərkəzinə göndərilib. Binanın yanar konstruksiyalarının altından 25 nəfər çıxarılıb.

Şikayətçilərin indiyə qədər istintaq orqanlarından eşitdikləri budur ki, Məhəmməd Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixiloji və narkoloji ekspertizalar təyin olunub. Lakin hətta hüquqşünaslara belə aydın deyil ki, bu işlə əlaqədar ən azı Narkoloji Mərkəzin xəstələrin təhlükəsizliyinə görə məsuliyyət daşıyan işçiləri məsuliyyətə cəlb edilməli olduqları halda, niyə cəzadan kənarda qalıblar.

Bununla bağlı Sputnik Azərbaycan-ın əməkdaşı AR BAş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sültanova müraciət edib. Sultanov bildirib ki, istintaq hələ indi başlayıb və tələsik qərarlar çıxarmaq lazım deyil.

"Məmmədov həmin faktla bağlı təqsirləndirilən yeganə şəxsdir. Məsələ ölkə başçısının nəzarəti altındadır və araşdırmaların qeyri-obyektiv aparılması iddialarına gəlincə, bu qeyri-mümkündür. İstintaqın gedişi ilə bağlı müvafiq bəyanat veriləcək" — deyə mətbuat xidmətinin rəhbəri bildirib.

Sultanov əlavə edib ki, prokurorluq orqanlarının işçilərinin peşəkarlığını şübhə altına almaq lazım deyil.

Əlaqədar

Narkoloji Mərkəzdə yananlar üçün ödənilən kompensasiyanın məbləği açıqlanıb
Narkoloji Mərkəzdə baş verən böyük faciənin günahkarı tapıldı və həbs edildi
Narkoloji Mərkəzdə yanmış xəstələrdən 15 nəfərin cəsədi yaxınlarına verilməyib
Elşad Xose: Narkoloji mərkəz yanan zaman orda idim
Bakıdakı Narkoloji Mərkəzdə faciə
Narkoloji xəstənin qardaşı: "Nə ölüsünü tapa bilirik, nə dirisini" - VİDEO
Teqlər:
Respublika Narkoloji Mərkəzi, Məhəmməd Məmmədov, xəstə, Baş Prokurorluq, insan, yanğın

Əsas mövzular