16:46 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
70120

Ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan vətəndaşı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan aparılması cinayət məsuliyyəti yaradacaq

BAKI, 12 mart — Sputnik. Cinayət Məcəlləsinin 168-ci maddəsinə (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliklər Cinayət Məcəlləsini "Dini etiqad azadlığı haqqında" qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 674-VQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Dəyişikliyə görə, 168-1.1-ci maddədə "tərəfindən" sözündən sonra "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan" sözləri əlavə edilib.

Digər bir dəyişikliklə, 168-1.2-ci maddədə "Əcnəbi" sözü "Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbi" sözləri ilə əvəz edilib.

168-1.1-ci maddənin mövcud mətnində deyilir ki, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması — iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

168-1.1-ci maddənin təklif olunan mətndə isə deyilir ki, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan aparılması — iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

168-1.2-ci maddənin mövcud mətnində deyilir ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması – bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

168-1.2-ci maddənin təklif olunan mətndə isə deyilir ki, dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması – bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanun layihəsində bildirilir ki, "Dini etiqad azadlığı haqqında" qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 674-VQD nömrəli qanununa əsasən dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Habelə, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər. Qanunun müvafiq maddələrinin pozulmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması təklif edilir.

Dəyişikliklər Milli Məclisin martın 6-da keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Əlaqədar

Nağıyev: “Gəncləri dini radikalizmə cəlb edən səbəblər məlumdur”
Bunu bilməliyik: İslam dini idmanda hansı şərtlər və qadağalar qoyur?
Bakı konfransı dünyanın siyasi və dini liderlərinə müraciət edib
Dini liderlərdən tarixi Qarabağ çağırışı
Bakıda gizli fəaliyyət göstərən dini təbliğatçılarla bağlı müdhiş fakt
Teqlər:
xaricdə təhsil, din xadimi, dini təbliğat, maddə, Cinayət Məcəlləsi, cərimə, cəza

Əsas mövzular