04:14 25 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Beyləqanda polislər arasında qanlı dava

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
377 0 0

Beyləqan rayon yol polisi şöbəsinin əməkdaşı Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb

BAKI, 11 mart — Sputnik. Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib. 

Sputnik Azərbaycan criminal.az-a istinadən xəbər verir ki, Beyləqan rayon yol polisi şöbəsinin əməkdaşı Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Namiq Zeynalov ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.

Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov bildirib ki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil.

Qeyd edək ki, iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur.

Teqlər:
bıçaqlama, dava, yol polisi

Əsas mövzular