CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda şagird daşıyan avtobus qəzaya uğradı: Ağır yaralılar var

© Photo : AAKayseridə məktəbliləri daşıyan avtobus iri yük maşını ilə toqquşub
Kayseridə məktəbliləri daşıyan avtobus iri yük maşını ilə toqquşub - Sputnik Azərbaycan
Abunə olmaq
Avtobusdakılar 2003-cüil təvəllüdlü şagirdlərdir, Yevlağın Aran-1 qəsəbəsi sakinləridir

BAKI, 11 mart — Sputnik. Yevlaxda şagirdlərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Yevlax şəhərində, toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.

Yevlax-Bərdə yolunda zəncirvari avtomobil qəzası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qaxda qəza: Ölən və çox ağır yaralananlar var

Hadisə zamanı 19 nəfər xəsarət alıb. Xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, avtobusdakılar 2003-cüil təvəllüdlü şagirdlərdir, Yevlağın Aran-1 qəsəbəsi sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0