22:55 25 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Qəzaya uğramış avtobus

Azərbaycanda şagird daşıyan avtobus qəzaya uğradı: Ağır yaralılar var

© Photo : AA
CƏMİYYƏT
Qısa URL
381 0 0

Avtobusdakılar 2003-cüil təvəllüdlü şagirdlərdir, Yevlağın Aran-1 qəsəbəsi sakinləridir

BAKI, 11 mart — Sputnik. Yevlaxda şagirdlərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Yevlax şəhərində, toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.

Hadisə zamanı 19 nəfər xəsarət alıb. Xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, avtobusdakılar 2003-cüil təvəllüdlü şagirdlərdir, Yevlağın Aran-1 qəsəbəsi sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:
şagird, qəza, avtobus, Yevlax rayonu

Əsas mövzular