Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda ailə podratı üslubunda oğurluq

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ana və iki qızı pul vermək istəməyərək xeyli sayda çox ucuz qiymətə satılan məhsulu çantalarına yığaraq oğurlamaq istəyiblər

BAKI, 9 mart — Sputnik. Bakıdakı dükanlar şəbəkəsi qiymətləri nə qədər endirsə də oğurluğun qarşısını ala bilməyib. Sputnik Azərbaycan xəbər verir ki, "Nə alsan 1 manat" mağazalar şəbəkəsində oğurluq hadisəsi baş verib. Hadisə bu gün mağazanın Nərimanov filialında yaşanıb.

Belə ki, mağazadan alış-veriş edən ana və iki qızı pul vermək istəməyərək xeyli sayda çox ucuz qiymətə satılan məhsulu çantalarına yığaraq oğurlamaq istəyiblər. Ancaq onlar mağazanın təhlükəsizlik kameralarına tuş gələrək elə qapıda saxlanılıblar. Oğurluq edən şəxslər polis bölməsinə aparılıb. 

Xəbər lenti
0