CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandakı qeyri-adi məkanda möcüzələr yaşanır

© Sputnik / Shahperi AbbasovaŞəki rayonunun Cuma kəndində yerləşən "Babaratma" piri
Şəki rayonunun Cuma kəndində yerləşən Babaratma piri - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın ən müqəddəs məkanlarından biri: Yüz illərdir insanlara möcüzələr bəxş edir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Azərbaycanda çoxlu sayda tarixi, dini ziyarətgahlar mövcuddur. Bu ziyarətgahlara yer kürəsinin hər yerindən, dilindən və dinindən asılı olmayaraq, insanlar təşrif buyurur, müxtəlif dini ayinləri icra edirlər.

Həmin ziyarətgahlar heç də dar çərçivə ilə məhdudlaşmayıb, ümumbəşəri sivilizasiyaya xidmət edən insanların inanc yerləridir. Bu baxımdan, insanlar həmişə o yerlərə gəlir və Allahdan özləri üçün dilək diləyirlər. Belə məkanlardan biri də Şəki rayonunun Cuma kəndində yerləşən "Babaratma" piridir.

Ziyarətgahın nəzarətçisi Məmməd Süleymanov sözügedən pir haqqında Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışır: "Rəvayətə görə, Babaratma babagil 3 qardaş olublar. Birinci Şeyx Babaratma baba bu kənddə yaşayıb, digəri Böyük Qafqaz sıra dağlarının orta yamaclarında, adı da Şeyx Kaplan babadır. Üçüncüsü isə, Dağıstan Respublikasının Axtı rayonunun ərazisində yaşamış Şabruz babadır".

"Onlar sanki bir xətt boyunca yerləşərək, istər özlərinin yaşadıqları dövrdə, istərsə də vəfat etdikdən sonra bizim kimi sadə insanların arxa-dayağı olublar. Ən azından biz sadə adamlar onlardan mənəvi qida almışıq", — həmsöhbətimiz əlavə edir.

İnsanlar ziyarətgahları sanki arxalarındakı yenilməz bir qüvvə kimi hiss ediblər. Elə bu gün də insanlar bu amalla, bu məqsədlə o yerlərə üz tuturlar.

© Sputnik / Shahperi AbbasovaŞəki rayonunun Cuma kəndində yerləşən "Babaratma" piri
Şəki rayonunun Cuma kəndində yerləşən Babaratma piri - Sputnik Azərbaycan
1/7
Şəki rayonunun Cuma kəndində yerləşən "Babaratma" piri
© Sputnik / Shahperi AbbasovaŞəki rayonunun Cuma kəndində yerləşən "Babaratma" piri
Şəki rayonunun Cuma kəndində yerləşən Babaratma piri - Sputnik Azərbaycan
2/7

3/7

4/7

5/7

6/7

7/7

Məmməd Süleymanovun sözlərinə görə, Şeyx Babaratma babanın burda məskunlaşma dövrü, daş kitabələrə əsasən, təxminən 400 il əvvələ gedib çıxır. Bu gün də onun haqqında çoxlu rəvayətlər və əfsanələr dolaşır.

Süleymanov Babaratma babanın Böyük Qafqaz sıra dağlarının orta yamaclarında yaşayan qardaşı haqqında maraqlı rəvayət danışıb: "Həmin yerlər dəmyə torpaqlar olduğundan insanlar susuzluqdan əziyyət çəkirmiş. Su olmadığına görə də bu qardaş o biri qardaşından xahiş edir ki, yaşadığı yerdə su kasadlığı olduğundan ona kömək etsin, burada da su olsun. Şeyx Kaplan baba əlindəki əsanı yerə vurararq "bu da sizə su" deyir. Həmin an babanın atının ayağı altından su qaynamağa başlayır".

Nəzarətçinin dediyinə görə, həmin atın ayağındakı nalın izi indi də sözügedən bulağın qaynadığı yerdə qalıb: "Allahın möcüzələrindən biri də budur ki, zaman-zaman həmin bulağın gözündən Şeyx Kaplanın yaşadığı dağlarda bitən ağacların yarpaqları gəlir. Burada bitməyən ağacların – fıstığın, cökənin və başqa dağ ağaclarının yarpaqları".

Buməta ziyarətgahı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sirli ziyarətgah: onu böyük daşqından kim qorudu?

Ziyarətgahın yaxınlığında "Südlü bulaq" deyilən ərazi də var. Deyilənlərə görə, südü az olan analar həmin sudan içən kimi südləri artır. Məmməd babanın danışdığı əfsanəyə görə, ta qədimlərdə sözügedən bulaqdan bəzən su yerinə süd gələrmiş. Bunu hər adam görməzmiş. Ona görə də həmin bulağın adı "Südlü bulaq" olub.

"Yaşlı insanlar danışardı ki, o bulağın ətrafında insanların torpaq payları varmış. Yaz fəslində orada işləyən adamlar su içmək üçün bu bulağa gələndə, su əvəzinə süd gəldiyini görürlərmiş", – deyən Məmməd baba bu rəvayətlərin meydana gəlməsini həmin babaların ilahi qüvvəyə malik olmaları ilə əlaqələndirir.

Onun fikrincə, babalar sıradan adamlar olmayıblar: "Onlar Şeyx, Mövla səviyyəsində adamlar olublar. Ona görə də, əsrlər keçməsinə baxmayaraq, insanlar bu gün də o babalara hörmət əlaməti olaraq, Allahdan dilək diləmək, dua etmək üçün onların adı ilə bağlı olan ziyarətgahlara gəlirlər".

Haqqında danışdığımız məkanda insanların hələ də inanc mənbəyi olan "beşik daşı" var. İnanca görə, övladı olmayan qadınlar həmin beşiyin altından keçərlərsə, niyyətləri hasil olar, övlad sahibi olarlar.

Həmsöhbətimiz qeyd edir ki, həmin beşiyin daşlarında "Quran"ın "Bəqərə" surəsinin 254-cü ayəsinin sözləri yazılıb: "İnsanlar əsrlərdir bu məkana gəlib, bu beşiyin altından keçirlər. Bir gün bir qadın ziyarətgaha gəldi. Mənə dedi ki, neçə il idi qızlarım övlad həsrəti çəkirdi. Bu ziyarətgah sayəsində mənim övladlarım arzularına çatdılar, ana oldular. Ziyarətgah niyyətləri yerinə yetirmək gücündədir".

Onun fikrincə, Tanrı ziyarətgahları bəndələri üçün ümid yeri kimi bəxş edib. İnamın, ümidin itməyi insanlar üçün faciədir…

Xəbər lenti
0