CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nüfuzlu "Diplomat Maqazin" jurnalı Azərbaycan qadınından yazdı

© Official website of President of Azerbaijan RepublicПервый вице-президент Азербайджана Мехрибан Алиева
Первый вице-президент Азербайджана Мехрибан Алиева - Sputnik Azərbaycan
Abunə olmaq
Məqalədə ölkənin birinci xanımı, birinci vitse-prezident, YUNESCO VƏ İSESCO sülhməramlı səfiri Mehriban xanım Əliyevadan bəhs edilir

BAKI, 8 mart — Sputnik. Bu günlərdə Niderlandın nüfuzlu "Diplomat Maqazin" jurnalında "Azərbaycanda qadınlar: Müsəlman dünyası və ətrafında Liderlik edir" adlı məqalə işıq üzü görüb.

Сестры, фото из архива - Sputnik Azərbaycan
“Dəmir pərdə”nin qurbanları: Azərbaycanlı qadın bacılarını 63 ildən sonra tapdı

Sputnik Azərbaycan-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Belə ki, Azərbaycanda hələ 1918-1920-ci illərdə qadınların hüquqları tanınıb və onlar cəmiyyətin tam hüquqlu üzvləridir. Amerika və Avropa qadınlarının uzun əsrlər boyu öz hökumətlərindən ala bilmədikləri səsvermə hüququnu Azərbaycan qadınları öz gənc hökumətlərindən cəmi bir il ərzində əldə edə biliblər. Bu, tariximizin ən şərəfli səhifəsi olaraq dəyərləndirilib və hər zaman da belə dəyərləndiriləcək.

XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin ictimai-siyasi mühitində özünə yer eləmiş humanist və demokratik ideallar Cümhuriyyət hökumətinin prioritet sahəsinə çevrilmişdi. Bunun nəticəsi idi ki, digər ölkələrdə qadınların uzun müddətli mübarizəsi sayəsində əldə etdikləri bərabərlik hüququ Azərbaycan qadınlarına tarix baxımından çox qısa bir vaxtda nəsib oldu.

2000-ci ilin mart ayında mərhum prezident Heydər Əliyev Azərbaycan Respublikasında dövlətin qadın siyasətinin həyata keçirilməsi haqqında fərman imzaladı. Fərman hökumətdə qadınların bərabərlik prinsiplərinə əsasən mütənasib təmsil olunmasını təmin etmək üçün rəhbərliyə təlimat verilməsini, qadınların biznes və iqtisadiyyatda layiq olduğu yerə sahib olmasını və cəmiyyətdə qadınların tərəqqisini mütəmadi olaraq yoxlamağı təmin edir.

Nümayəndələr Palatasının binası - Sputnik Azərbaycan
"Niderland parlamentinin qərarının hüquqi qüvvəsi yoxdur"

Daha sonra məqalədə ölkənin birinci xanımı, birinci vitse-prezident, YUNESCO VƏ İSESCO sülhməramlı səfiri Mehriban xanım Əliyevadan bəhs edilir. Qeyd olunur ki, Mehriban xanım Əliyeva Azərbaycandan kənarda da xeyriyyə işləri ilə məşğul olur. O, eyni zamanda, 2004-cü ildə Heydər Əliyev Fondu yarandığı gündən qurumun rəhbəridir və qadınlarım mədəni-iqtisadi inkişafı üçün çalışır. Təşkilatın dəstəyi ilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində, o cümlədən Misirdə, Rumıniyada, Rusiyada, Niderlandda, Pakistan və Gürcüstanda yeni xəstəxanalar, muzeylər, məktəblər tikilib. 2017-ci ildə ölkənin birinci vitse-prezidenti təyin edilməsi ilə Azərbaycan tarixində ilk rəsmi yüksək rütbəli qadın olub.

Məqalənin tam mətni ilə bu linkdə tanış ola bilərsiniz.

Xəbər lenti
0