05:36 20 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Masallıda film kimi olay: Maşını polislərin və insanların üzərinə sürdü

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
87 0 0

Cinayət Məcəlləsinin 315.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Masallıda əsl Hollivud filmlərindəki kimi olay yaşanıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, fevralın 27-də Masallı rayon Polis Şöbəsinin əməkdaşları Masallı şəhər sakini Seyfəddin Hüseynovun rayonun Mollaoba kəndində narkotik vasitə satdığı barədə məlumat əldə ediblər.

Polis əməkdaşları S. Hüseynovu tutmağa cəhd edən zaman sonuncu, polis əməkdaşlarının ona yaxınlaşdığını görüb, "Land Rover Discovery" markalı minik avtomobilini işə salıb və onu polis əməldaşlarının üzərinə sürüb. O, Masallı RPŞ-nin balasında olan "Chevrolet Niva" markalı avtomobili əzərək ətrafdakı insanların və polislərin həyatı üçün təhlükə yaradıb.

Daha sonra rayonun Boradigah qəsəbə sakini Natiq Bəşirova məxsus "Mercedes Benz" markalı avtomobili və rayonun Dəmirçi kənd sakini Rüstəm Məmmədova məxsus "VAZ-2107" markalı avtomobili əzərək, hadisə yerindən qaçıb. 

S. Hüseynovun idarə etdiyi avtomobili 2 km aralıda bağlı vəziyyətdə aşkar edilib. Avtomobilə baxış keçirilərkən salonun müxtəlif yerlərində 5 bükümdə narkotik vasitə olan heroin, 1 bükümdə şəxsi istehlak miqdarından artıq psixotrop maddə olan metanfetamin, bir ədəd "beşbarmaq" və beysbol dəyənəyi aşkar edilərək götürülüb.

İstintaqdan yayınan Seyfəddin Hüseynov barəsində axtarış elan edilib və Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, martın 5-də saxlanılıb.

S. Hüseynov barəsində rayon məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qəti imkan tədbiri seçib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315.1 və 234.4.3 maddələri ilə cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir.

Teqlər:
Masallı, polis, narkotik, həbs

Əsas mövzular