19:28 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Ağstafa şəhəri 25-ci məhəllədə yol

Ağstafa camaatından yağmur duası, amma yağmaması üçün...

© Sputnik / Ilham Mustafa
CƏMİYYƏT
Qısa URL
1148431

Sakinlər dəfələrlə icra hakimiyyətinə gedib problemlərini bildirdiklərini deyirlər

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Ağstafa şəhəri, 25-ci məhəllənin sakinləri yolsuzluqdan əziyyət çəkirlər. Onlar yaşadıqları küçəyə gedən yolun tamamilə yarasız hala düşməsindən şikayətçidirlər. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan məhəllə sakini Xəyal Şıxıyev artıq 3 ildir bu vəziyyətin yaşandığını deyir.

"5 ildir ki, burada yaşayırıq. Əvvəllər yolumuz bu qədər bərbad deyildi. 3 il əvvəl kanalizasiya və su xətlərinin çəkilişindən sonra tamam bərbad hala düşdü. Azacıq yağış yağan kimi maşınla küçəyə girmək mümkün olmur. Özüm taksi sürücüsüyəm. Maşınımı 3 ildir o biri küçədə, qonşunun həyətində saxlayıram. Bir dəfə yağış yağanda 1 həftə küçəyə girmək olmur", — deyə X.Şıxıyev bildirir.

Ağstafa şəhəri 25-ci məhəllədə yol
© Sputnik / Ilham Mustafa
Ağstafa şəhəri 25-ci məhəllədə yol

Digər sakin Ceyhun Rüstəmov isə deyir ki, yol bərbad vəziyyətdə olduğundan uşaqlar məktəbə gedə bilmir, dəfələrlə yolda yıxılıb evə qayıtmağa məcbur olublar. O, yollarına ən azı çınqıl döşənməsini istədiklərini vurğulayır.

"Asfalt istəmirik, heç olmasa, daşdan, çınqıldan gətirib tökələr. Hamı kasıb adamdı burda, imkan yoxdur ki, özümüz bir əncam çəkək. Küçənin qurtaracağı Bakı-Qazax yoluna çıxır. Lakin quraqlıqda da o yoldan istifadə etmək mümkün deyil", — C.Rüstəmov vurğulayır.

Sakinlər məsələ ilə bağlı 3 dəfə rayon icra hakimiyyətində olduqlarını deyirlər. Onlara hər gedişlərində "tələsməyin", "çəkiləcək" sözləri deyilsə də, problemin indiyədək həll olunmadığını bildirirlər.

Məsələ ilə bağli Ağstafa şəhər bələdiyyəsinin sədri Etibar Hacıyevlə əlaqə saxladıq. Bələdiyyə sədri Sputnik Azərbaycan-a açıqlamasında məsələdən xəbərsiz olduğunu, nümayəndəliyə sözügedən ərazi ilə bağlı şikayət daxil olmadığını bildirib. Etibar Hacıyev sakinlərin müraciət edəcəyi təqdirdə, məsələni araşdırıb, imkanları daxilində köməklik göstəriləcəyini deyib.

Əlaqədar

Küçələrdə leşlər, ətrafda qan və üfunət - Qubada nə baş verir?
Paytaxtın nəqliyyat axınına təsir edən küçə yenidən qurulur
Daha bir küçə təmirə bağlanıb
İki dövlət qurumu üz-üzə gəldi: Paytaxtın məşhur küçəsində nə baş verir?
Teqlər:
25-ci məhəllə, Ağstafa şəhəri, bərbad, palçıq, yol, küçə, yağış

Əsas mövzular