CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tezliklə Azərbaycanın ən yaxşı modelləri məlum olacaq

© Sputnik / Murad OrujovMiss & Mister Grand Azerbaijan milli gözəllik müsabiqəsinin kastinqi
Miss & Mister Grand Azerbaijan milli gözəllik müsabiqəsinin kastinqi - Sputnik Azərbaycan
Abunə olmaq
Yerli modellərin iştirak edəcəyi gözəllik müsabiqəsində məşhur müğənnilər çıxış edəcək

BAKI, 6 mart — Sputnik. Miss & Mister Grand Azerbaijan milli gözəllik müsabiqəsinin açılışı martın 11-də Elite Events Hall-da olacaq.

Layihə təşkilatçılarının Sputnik Azərbaycan-a verdikləri məlumata görə, iki kastinq nəticəsində seçilmiş 20 qız və 20 oğlan ilk dəfə açılış günü tamaşaçıların qarşısına çıxacaq.

İştirakçıları dəstələmək üçün qonaqlara möhtəşəm şou, modellərin iştirakı ilə dəfilə və məşhur müğənnilərin çıxışları təqdim olunacaq. Layihənin qaliblərini ölkənin populyar şəxslərindən ibarət münsiflər heyətinin üzvləri seçəcək.

Qeyd edək ki, Miss & Mister Grand Azerbaijan müsabiqəsinin ilkin kastinqi fevralın 17-də keçirilib. Kastinqdə 100-dən çox qız və oğlan iştirak edib ki, onların da yalnız yarısı ikinci tura keçib. 

© Photo : AfişaMiss & Mister Grand Azərbaycan gözəllik müsabiqəsinin rəsmi afişası
Miss & Mister Grand Azərbaycan gözəllik müsabiqəsinin rəsmi afişası - Sputnik Azərbaycan
Miss & Mister Grand Azərbaycan gözəllik müsabiqəsinin rəsmi afişası

Bu layihənin digər gözəllik müsabiqələrindən fərqi odur ki, burada hansısa titulun sahibi olan deyil, yalnız yeni başlayan modellərin iştirak etmək hüququ var. Birinci turda iştirak tamamilə pulsuzdur. Hər iki kastinqdən sonra münsiflər heyəti 20 qız və 20 oğlan seçməlidir. Onlar müsabiqənin finalına keçəcək və bahalı hədiyyələrin sahibi olacaqlar.

Biletlərin qiyməti 15 manatdır. Sorğu üçün telefon: (+994) 55-408-46-80.

Sputnik Azərbaycan Miss & Mister Grand Azerbaijan-ın informasiya tərəfdaşıdır.

Xəbər lenti
0