CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxdakı ağır qəzanın təfərrüatı: Hamısı gürcüdür

© Sputnik / Murad OrujovQəzaya uğramış avtomobil, arxiv şəkli
Qəzaya uğramış avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı Qax rayonu Əlibəyli kənd sakini Akati Emraşvili ölüb, daha 6 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb

BAKI, 6 mart — Sputnik. Qaxda ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə zamanı Qax rayonu Əlibəyli kənd sakini Akati Emraşvili ölüb, daha 6 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Belə ki, Qax rayonu, Əlibəyli kənd sakini, 20 yaşlı Laşa Sioşvili rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

1982-ci il təvəllüdlü  Qita Dikaşvili, 1980-cı il təvəllüdlü Naia Emraşvili, 1977-ci il təvəllüdlü Laşa Andraşvili, 1991-ci il təvəllüdlü Qiorqi Barxaşvili və 2014-cü il təvəllüdlü Nikolas Emraşvili isə həmin xəstəxananın cərrahiyyə şöbəsində müalicə alırlar.

Faktla bağlı araşdırma davam etdirilir.

Xəbər lenti
0