CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əməkdar artist qaydaları pozdu – VİDEO

Abunə olmaq
Müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb

BAKI, 5 mart — Sputnik. Azərbaycanın əməkdar artisti Vasif Məhərrəmli idarə etdiyi 10-VM-500 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobillə paytaxtda yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə və piyadalara təhlükə yaradıb.

Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, onun bu hərəkətlərini əks etdirən videonu sürücü-təlimçi Arzu Babayeva çəkib. Müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb. O, bu zaman sağa dönən avtomobillərin qarşısını kəsib.

"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, piyada keçidlərində və yolayrıcında geriyə hərəkət etmək qadağandır. 

Xəbər lenti
0