12:17 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
141 0 0

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib

BAKI, 5 mart — Sputnik. Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov, barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, şikayət üzrə Ali Məhkəmədə keçiriləcək iclas martın 6-na təyin edilib.

Şikayətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq. M.Ueldanov cəzasının yüngülləşdirilməsini istəyir.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı M.Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı bəzi ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

Daha sonra M.Ueldanovun saxlanma rejimi dəyişdirilib. Belə ki, müəssisənin rəisi M.Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə Xəzər Rayon Məhkəməsinə təqdimatla müraciət edib. Məhkəmə təqdimatı təmin edib və M.Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul olunub. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. O, şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini istəyib. Lakin Bakı Apellyasiya Məhkəməsi M.Ueldanovun apellyasiya şikayətini təmin etməyib.

Teqlər:
Rusiya vətəndaşı, Ali Məhkəmə, şikayət, erməni

Əsas mövzular