14:04 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Azercell-in baş ofisi

"Azercell" satıldı

© Sputnik /
CƏMİYYƏT
Qısa URL
424 0 0

Bundan sonra Azercell-ə rəhbər və baş icraçı direktor Azərbaycandan təyin olunacaq

BAKI, 5 mart — Sputnik. Azərbaycanın ən böyük mobil operator şirkəti olan “Azercell Telekom” MMC satılıb. Sputnik Azərbaycan teliacompany.com-a istinadən xəbər verir ki, şirkətdə böyük paya sahib olan “TeliaSonera”-nın holdinqdəki səhmləri Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdindəki “AzİnTelecom”-a satılıb.

Azərcell-in əsas təsisçisi Telia Company şirkətidir. Şirkət aralarında Rusiya və Türkiyə də olmaqla, 20-dən çox ölkədə fəaliyyət göstərir. Bundan sonra Azercell-ə rəhbər və baş icraçı direktor Azərbaycandan təyin olunacaq.

Qeyd edək ki, “Azercell Telekom” MMC  1996-cı ilin yanvarında təsis edilib və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi fəaliyyətə başlayıb.

Hazırda Azercell-in 4,5 milyondan çox abunəçisi var.

Əlaqədar

"Azercell" rezonans doğuran xəbərə münasibət bildirdi
"Azercell"in rəhbərinə qarşı şok addım
"Azercell"in səhmdarı Azərbaycanı tərk edir
"Azercell" ixtisarlara başlayıb
Teqlər:
"Azercell Telekom" MMC, mobil operator, satış, TeliaSonera

Əsas mövzular