CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt sakinlərinin nəzərinə: Bu dayanacaqların yeri dəyişdirildi

© Sputnik / Anar MustafayevЗнак автобусной остановки и таблица графика маршрутов
Знак автобусной остановки и таблица графика маршрутов - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda 15 marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələri dəyişdirilib

BAKI, 3 mart — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılan təmir-tikinti işləri ilə əlaqədar müvəqqəti olaraq 2, 13, 14, 20, 29, 37, 67, 83, 91, 96, 117, 130, 134, 142, 158 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri dəyişdirilib.

Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, sərnişindaşımada fasiləsizliyin pozulmaması məqsədilə edilən dəyişiklik sabahdan tətbiq ediləcək.

Dəyişikliyə əsasən, qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri “Avtovağzal” metrostansiyasının qarşısına keçiriləcək.

Xəbər lenti
0