CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın ən nüfuzlu jurnalının 95 illiyi

© Photo : Blog RopeПервый номер журнала TIME увидел свет 3 марта 1923 года
Первый номер журнала TIME увидел свет 3 марта 1923 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Taym" dünyanın ən nüfuzlu xəbər və siyasət jurnallarından biridir

BAKI, 3 mart — Sputnik. 1923-cü il martın 3-də "Taym" (ingiliscə "Time") həftəlik informasiya jurnalının ilk nömrəsi işıq üzü görüb.

"Taym" dünyanın ən nüfuzlu xəbər və siyasət jurnallarından biridir. Jurnal, öz reklam kampaniyalarında adının "The International Magazine of Events" (Hadisələrin Beynəlxalq Jurnalı) ifadəsinin qısaltması olduğunu ifadə edir.

ABŞ-da yerləşən jurnalın Avropa distributivi "Taym Avropa" ("Time Europe"), əvvəlki adı ilə "Taym Atlantik" ("Time Atlantic") şirkətinə məxsusdur və Londonda dərc olunur. "Taym Avropa" Orta Şərq, Afrika və Latın Amerikasını da əhatə etməkdədir. Həmçinin, Asiya, Kanada və Okeaniya distributivi də var.

"Taym" jurnalı 1923-cü ildə Brayton Heden və Henri Lyus tərəfindən ABŞ-ın ilk həftəlik xəbər jurnalı olaraq yaradılıb. Jurnalın həftəlik tirajı 4 milyondan artıqdır.

Xəbər lenti
0