CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın məşhur müğənnisi ölümdən döndü

Abunə olmaq
Qəza zamanı Dilarə Kazımova başından travma alıb və xəstəxanaya çatdırılıb

BAKI, 2 mart — Sputnik. Tanınmış azərbaycanlı müğənni Dilarə Kazımova avtomobil qəzasına düşüb.

Müğənninin yaxınlarının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, qəza martın 2-də gecə saatlarında Bakının Musabəyov parkının yaxınlığında baş verib.

Yol-nəqliyyat qəzasının baş verməsinə avtobus sürücüsünün "Yol hərəkəti qaydaları"nı pozması səbəb olub. Sürücü yanlış yerdə sürət həddini aşıb və Kazımovaya məxsus Audi markalı avtomobillə toqquşub.

Dilarə Kazımova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı ifaçı: “Paltarlı və ya paltarsız bədənimi niyə göstərməyim?”

Qəza nəticəsində müğənninin avtomobili yararsız hala düşüb.

"Qəza zamanı Dilarə başından travma alıb və xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən, o, təhlükəsizlik kəmərini taxıbmış", – deyə müğənnin yaxınları bildirib.

Hazırda müğənninin vəziyyəti normallaşıb, o, özünü yaxşı hiss edir.

Xatırladaq ki, Dilarə Kazımova vaxtilə Unformal və Milk & Kisses qruplarının tərkibində çıxış edib. O, 2014-cü ildə Ukraynanın "Голос країни" ("Ölkənin səsi"), 1+1 layihələrinin iştirakçısı olub. "Böyük səhnə" milli müsabiqəsinin qalibi olub və Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edib.

Xəbər lenti
0