CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan televiziyasında əyləncəli verilişlərin yayımı dayandırıldı

© Photo : STRTeleviziya
Televiziya - Sputnik Azərbaycan
Abunə olmaq
Gün ərzində tamaşaçılara sənədli və bədii filmlər, müxtəlif süjetlər təqdim ediləcək

BAKI, 2 mart — Sputnik. Martın 2-də Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğınla əlaqədar "Space" Müstəqil Televiziya və Radio Şirkəti özünün efir siyasətində dəyişiklik edərək bütün əyləncəli proqramlardan imtina edib.

Yanğın baş verən ərazidə polis - Sputnik Azərbaycan
HADİSƏ
Narkoloji xəstənin qardaşı: "Nə ölüsünü tapa bilirik, nə dirisini" - VİDEO

Bu barədə Sputnik Azərbaycan-a telekanalın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Eldəniz Elgün məlumat verib. O bildirib ki, telekanal gün ərzində tamaşaçılara sənədli və bədii filmlər, müxtəlif süjetlər təqdim edəcək.

Qeyd edək ki, 2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 08.30-da yanğın söndürülmüş, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib. Beləliklə, ölənlərin sayı 25-ə çatıb.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib. Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.

Xəbər lenti
0