12:36 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
Qəzaya düşən avtomobil

Bakıda tanınmış həkimi maşın vurub öldürdü

CC0 / byrev / Accident
CƏMİYYƏT
Qısa URL
1331 0 0

E.İsmayılov uzun müddət ET Travmatologiya və Ortopediya İnstitutunda həkim kimi fəaliyyət göstərib

BAKI, 1 mart — Sputnik. Bakının Yasamal rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, orta yaşlı kişi piyada keçidindən yolu keçmək istəyərkən "Niva" markalı minik avtomobili tərəfindən vurulub.

Meyit kimliyinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.

E.İsmayılov uzun müddət ET Travmatologiya və Ortopediya İnstitutunda həkim kimi fəaliyyət göstərib.

Teqlər:
Yasamal rayonu, piyada, ölüm, həkim, qəza

Əsas mövzular