23:15 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
62 0 0

Novruz bayramı ərəfəsində Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu #SəxavətliNovruz xeyriyyə aksiyasına başlayır

BAKI, 27 fevral — Sputnik. Novruz bayramı ərəfəsində Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu #SəxavətliNovruz xeyriyyə aksiyasına başlayır. Aksiyanın məqsədi bu müqəddəs bayramda "Azərbaycan Uşaqlar Birliyi" qeyri-hökumət təşkilatı yanında Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində sığınacaq tapan uşaqları sevindirməkdir. Hazırda sığınacaqda 18 yaşadək olan 25 uşaq var. Sputnik Azərbaycan onlar üçün geyim və artıq neçə yüzilliklərdir dəyişmədən Novruzu müşayiət edən ənənəvi şirniyyatları toplamağı planlaşdırır.

#SəxavətliNovruz aksiyasında arzu edən hər kəs iştirak edə və uşaqlar üçün geyim, yaxud şirniyyatları Sputnik Azərbaycan-ın redaksiyasına (Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 23M, 4-cü mərtəbə) gətirə bilər. Detalları dəqiqləşdirmək üçün Sputnik Azərbaycan-a bu telefonlarla zəng edin: (+99412) 404-13-84/85, yaxud bu e-mail-ə yazın: media@sputnik.az.

Aksiya çərçivəsində toplanmış bütün hədiyyələr Novruz bayramı ərəfəsində — 15-16 mart tarixlərində sığınacaqdakı uşaqlara paylanacaq.

Sputnik Azərbaycan hamını uşaqlara əsl bayramı hədiyyə etməyə çağırır! Aksiyanı sosial şəbəkələrdə #SəxavətliNovruz haştağını paylaşmaqla dəstəkləmək olar!

Novruz – bahar bayramıdır. Hamı, təkcə uşaqlar deyil, böyüklər də onu səbirsizliklə gözləyir. Novruz el şənlikləri, səxavətli hədiyyələr, dadlı yeməklərlə müşayiət olunur. Bolluğun simvolu bayram xonçasıdır.

Sputnik Azərbaycan multimedia agentliyi və radiosu 2015-ci ilin mayından etibarən ölkəmizdə fəaliyyətə başlayıb. Agentliyin aktivinə Azərbaycan və rus dillərində informasiya portalı, radio resursu və Yüksək Texnologiyalı Multimedia Mətbuat Mərkəzi daxildir. Agentliyin internet portalı, LiveInternet-in 26 fevral 2018-ci ilə olan məlumatına görə, aparıcı milli KİV-lər arasında TOP-15-liyə daxildir*.

Sputnik Azərbaycan informasiya xabları ilə onlarla ölkədə fəaliyyət göstərən Beynəlxalq İnformasiya Agentliyi və multimedia radiosunun bir hissəsidir. Sputnik özündə 30-dan çox dildə yayımlanan saytları, analoq və rəqəmsal radioyayımlarını, mobil versiyaları və sosial şəbəkələrdə rəsmi səhifələri birləşdirir. Sputnik xəbər lentinin abunəçiləri üçün sutka ərzində ingilis, ərəb, ispan və çin dillərində yayımlanır.

*LiveInternet-in 26 fevral 2018-ci ilə olan məlumatına görə

Teqlər:
SəxavətliNovruz, xeyriyyə aksiyası, Sputnik Azərbaycan, Azərbaycan

Əsas mövzular