CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda oğul anasını xüsusi qəddarlıqla qətlə yetirib

© Sputnik / Anar MustafayevМужчина душит женщину, фото из архива
Мужчина душит женщину, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının Qaradağ rayonunda dəhşətli qətl hadisəsi baş verib

BAKI, 27 fevral — Sputnik. Bakının Qaradağ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Ələt qəsəbəsi, Əzimzadə küçəsi, ev 12 ünvanında yaşayan 1944-cü il təvəllüdlü Zərnişan İslamova 34 yaşlı oğlu (ad-soyadı açıqlanmır) ilə mübahisə edib.

Nəticədə oğul əvvəlcə anasının başına taxta parçası ilə bir neçə dəfə zərbə endirib, ardınca isə qadını boğub. Zərərçəkmiş digər oğlunun köməkliyi ilə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Xəbər lenti
0