03:48 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
52801

Mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri "Food City"yə basqın edərək sahibkarları onlara xərac verməyə məcbur ediblər

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Daha iki biznesmen Moskvanın Kaluga şossesindəki nəhəng "Food City" topdansatış və pərakəndə ərzaq mərkəzini ziyarət edən mütəşəkkil cinayətkar qruplaşmaya xərac verməyə məcbur edilib. Bu reketin qurbanları azərbaycanlılar olub. Bununla əlaqədar olaraq, fevralın 22-də Azərbaycan diasporunun və sabiq Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) nümayəndələri sözügedən aqroklasterin ərazisində olublar və cinayətin baş verdiyi şəraiti müəyyənləşdirməyə çalışıblar.

ÜAK-ın sabiq icraçı direktoru İlqar Hacıyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, belə bir hal olub: ""Biz Food City"nin ərazisində olmuşuq və eyni zamanda reketlə bağlı situasiyanı öyrənib həll etməyə çalışmışıq. Lakin hələ də öyrənə bilməmişik ki, kim həmin cinayətdə iştirak edib və mütəşəkkil cinayətkar qruplaşmanın himayəsi üçün sahibkarlar tərəfindən hansı məbləğdə pul ödənilib" 

Hacıyevin sözlərinə görə, zaman-zaman belə hallar baş verir və hazırda hüquq-mühafizə orqanları məsələyə aydınlıq gətirməyə çalışır.

Məlum olduğu kimi, Food City-nin sahibi "Kiyev meydanı" şirkətinin direktorlar şurasının sədri, Azərbaycan əsilli biznesmen Qod Nisanovdur.

Bu yaxınlarda Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, sahibkarlar reket yolu ilə onlardan pul tələb olunmasından şikayətləniblər. Sahibkarların müəssisələrini basan reketlər "qanuni oğru" adını daşıyan kriminal avtoritetlərə işləyirlər.

Əlaqədar

Kriminal müharibə başladı: Lotu Qulini təhqir edən çeçen güllələndi - VİDEO
Kriminal avtoritetin qızı atasından danışdı: "Evə qan içində gəlirdi"
Kriminal aləm və xüsusi xidmətlərin diqqəti orada: "Lotu Quli"nin taleyi həll olunur
Azərbaycanda kriminal avtoritetə 19 il həbs cəzası verildi
Amaşov: “Kriminal xəbərlərin çoxluğu cinayətkarlığın səviyyəsini artırır”

Əsas mövzular