CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur müğənni mədəsini kiçiltdi

© Sputnik / Aleksandr Kondratyuk / Mediabanka keçidОперация на открытом сердце, фото из архива
Операция на открытом сердце, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyatdan sonra açıqlama verən həkimlər onun səhhətinin yaxşı olduğunu bildiriblər

BAKI, 23 fevral — Sputnik. Türkiyəli məşhur müğənni Deniz Seki əməliyyatla mədəsini kiçiltdirib. Sputnik Azərbaycan "Sözcü"yə istinadən xəbər verir ki, o, aylar öncə də buna cəhd edib. Ancaq kilosu az olduğuna görə, həkimlər onu əməliyyata almayıb.

Bunu görən Deniz mədəkiçiltmə əməliyyatı üçün 90 kiloqramadək çəki almağa məcbur qalıb. Müğənni, nəhayət dünən bıçaq altına yatıb.

Əməliyyatdan sonra açıqlama verən həkimlər onun səhhətinin yaxşı olduğunu bildiriblər.

Xatırladaq ki, 47 yaşlı D.Seki narkotik maddələrin istifadəsi və dövriyyəsinə görə 3 ilə yaxın həbs həyatı yaşayıb.

Xəbər lenti
0