00:24 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
8201

Məktəbdə baş verən hadisələr şəxsi həyat olmur, ictimai qaydanın pozulması hesab olunur ki, bu zaman da cəza təyin olunmalıdır

BAKI, 23 fevral — Sputnik. "Təhsil üçün ən təhlükəli şəxslər yaltaq şəxslərdir. O şəxslər ki, çatışmazlıqları, neqativ halları deyir və deməklə yanaşı həlli yolunu da qeyd edir, bu yaltaq şəxslər onlara hücum edir ki, bəs haqsız danışırsız". Bu sözləri təhsil eksperti Kamran Əsədov öz "facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, bu şəxslər "facebook"da profil şəkillərini nazir, nazir müavini, Təhsil Nazirliyinin loqosu ilə bəzəyirlər.

"Mənim indiki nazirlik ilə əlaqəm, münasibətim, əməkdaşlığım yoxdur. Amma tədbirlər zamanı ayaqüstü söhbətdən başa düşürəm ki, onlara faydasız yaltaqdansa, faydalı tənqid edən lazımdır. Mən Misir Mərdanov Təhsil naziri olanda, 2009-cu ildə MİQ-ə keçirilən imtahanda iştirak edib, ən yüksək balla Səbail rayon 51 saylı orta məktəbə qəbul olmuşam. Amma indiki nazirlik tərəfindən keçirilmiş bütün pilləli imtahanı keçsəm də, hər hansı bir vəzifə tutma təyinatı olmayıb (heç özüm də maraqlı olmamışam). Bu, o demək deyil ki, mən onlarla düşmənəm. Və ya DİM ilə. Bu, iki qurumun bəzi əməkdaşları TV-lərə, sayt və qəzetlərə, jurnalistlərə dəfələrlə deyib və indi də deyir ki, bəs Kamran Əsədovdan fikir almayın. Kimlərin arxamca nə dediyi mənə məlumdur", — deyə ekspert yazıb.

O qeyd edib ki, son vaxtlar orta məktəbdə baş verən hadisələrin bir səbəbi var, o da məktəbin düzgün idarə olunmaması, idarə edənin səriştəsiz və bacarıqsız olması, problemli situasiyadan çıxa bilməməsidir.

"Məktəbdə əxlaqsız video, şəkli çəkdirənlərin açıq şəkildə adı və soyadı paylaşılmaldır. Məktəbdə baş verən hadisələr şəxsi həyat olmur, ictimai qaydanın pozulması hesab olunur ki, bu zaman da cəza təyin olunmalıdır. İctimai yerdə baş verən hadisələr şəxsi həyat olmur. Kimsə evində, oteldə nə oyundan çıxır, o ayrı. Amma məktəbdə baş verən bütün xoşagəlməz hadisələri törədən şəxslər açıq şəkildə ortaya qoyulmalı, cəzalandırılmalıdır", — deyə ekspert əlavə edib.

Əlaqədar

Zorlamanın izi ilə: Günahkar valideyndir, yoxsa düzgün tərbiyə verməyən məktəb?
Baş Prokurorluq qalmaqallı məktəb olayına münasibət bildirdi
Azərbaycanda məktəb direktoru intihara cəhd etdi
Bakıda orta məktəb şagirdi qan tökdü
Teqlər:
Misir Mərdanov, təhsil eksperti Kamran Əsədov, şəkil, video, Təhsil Nazirliyi, ekspert, təhsil naziri, nazir

Əsas mövzular