CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinləri narahat edən səbəbə aydınlıq gətirildi

© Sputnik / Murad OrujovАвтобусы в Баку, фото из архива
Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda avtobusların ləngimə səbəbləri açıqlanıb

BAKI, 23 fevral — Sputnik. Bakının bir neçə yolunda nəqliyyatın hərəkətində sıxlıq olduğundan avtobusların hərəkətində ləngimə baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “BakuBus” MMC məlumat yayıb.

“Hal-hazırda 28 May küçəsi — Rəşid Behbudov küçəsi kəsişməsi istiqamətində, Rəşid Behbudov küçəsi — Mərkəzi Bankın qarşısı, Tbilisi prospekti, Heydər Əliyev prospekti,  Afiyəddin Cəlilov küçəsində avtomobil sıxlığı müşahidə olunduğundan bu istiqamətdə hərəkət edən marşrut avtobuslarımızın intervallarında müvəqqəti ləngimələr baş verib”, — deyə məlumatda qeyd olunub.

Xəbər lenti
0