CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abituriyentlərin diqqətinə: "Bir günlük tələbə" olun

© Photo : Facebook / iqtisad.universityСтуденты в аудитории, фото из архива
Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məqsəd 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir

BAKI, 21 fevral — Sputnik. UNEC yuxarı sinif şagirdləri arasında çox populyar olan "UNEC-də bir gün" layihəsini davam etdirir.

Sputnik Azərbaycan UNEC-in mətbuat xidmətinə istinadən xəbər verir ki, məktəblilərə "bir günlük tələbə" olmaq şansı yaradan "UNEC-də bir gün" layihəsinin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır.

Qeyd edək ki, payız semestri ərzində 32 məktəbdən 500-dən çox şagird "UNEC-də bir gün" layihəsində iştirak edib. Şagirdlərə şərti tələbə bileti təqdim edilib və onlar seçdikləri ixtisas üzrə dərslərdə iştirak ediblər. Eyni zamanda bir günlük tələbələr UNEC-də infoturda olublar.

"UNEC-də bir gün" layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti
0