CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin nəzərinə! Yollarda sürət həddi endirildi

© Sputnik / Murad OrujovПроспект Гейдара Алиева в Баку, фото из архива
Проспект Гейдара Алиева в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər

BAKI, 21 fevral — Sputnik. Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı — Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.

Xəbər lenti
0