02:37 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
64 0 0

O bildirib ki, hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır

BAKI, 20 fevral — Sputnik. Bayıl yamacında sürüşmə sahəsində yeni dəyişikliklər müşahidə edilməsə də, orada sürüşmə prosesi dayanmayıb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

O bildirib ki, hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır.

"Bayılın Elşən İsmayılov küçəsindəki 102 və 102A ünvanındakı iki fərdi evinin damının çökməsinin sürüşmə prosesi ilə heç bir əlaqəsi yoxdur. Həmin evlərin yerləşdiyi ərazi Bayıl yamacındakı sürüşmə sahəsindən aralıdadır".

Qaralov, həmçinin qeyd edib ki, yağıntılı keçən son bir neçə gün ərzində Hökməlidə —At yalı deyilən ərazidə — "Nübar" qəsəbəsində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesi aktivləşib.

Əlaqədar

Paytaxtdakı sürüşmə zonasından arzuolunmaz xəbər
“Bayıl sürüşmə zonasında aktivlik başlaya bilər”
Bayılda sürüşmə və evlərin dağılma anı — VİDEO
Sürüşmə zonasında son durum: Rəsmilər vəziyyətin ciddi olduğunu bildirirlər
Sürüşmə baş verən magistral bağlandı

Əsas mövzular