01:12 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
1461 0 0

Şəhid ailəsi, müharibə əlilləri və 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə təqaüdlər artırılıb

BAKI, 19 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev bəzi kateqoriyaya aid olan insanların təqaüdünün artırılması ilə bağlı sərəncam imzalayıb.

Sputnik Azərbaycan dövlət başçısının saytına istinadən xəbər verir ki, şəhid ailəsi, müharibə əlillərinin və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə yuxarıda adları çəkilən kateqoriyaya aid olan şəxslərin təqaüdünün 10 faiz artırılması barədə sərəncamlar imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Əlaqədar

Prezidentdən məktəb binaları ilə bağlı sərəncam
Əhalinin sosial müdafiəsi ilə bağlı sərəncam imzalandı
Prezident pensiyalarla bağlı sərəncam verdi
Prezident İlham Əliyev yeni sərəncam imzaladı
Teqlər:
artırılma, təqaüd, Azərbaycan prezidenti İlham Əliyev, sərəncam

Əsas mövzular